banner
banner

İdman

Şahin Diniyev: "Avroliqaya düşmək üçün çox çalışmalıyıq"

Şahin Diniyev: "Avroliqaya düşmək üçün çox çalışmalıyıq"

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 17-ci turunda "Xəzər Lənkəran"la matç öncəsi fikirlərini bildirib.

O deyib ki, "Xəzər Lənkəran"a Azərbaycan kubokun 1/8 final mərhələsində uduzduqları oyundan fərqlənəcək bir matç olacaq:

"Futbol ciddiliyi sevir, bu mənada kubok matçını ciddiyə almadıq. Həm də ki, zədəli və yorğun futbolçularımız vardı. Əsas heyətin üç üzvünə istirahət vermişdik. Düzdür, fasilədən sonra heyəti gücləndirsək də, uduzduq. Bununla belə, uduzmamalıydıq. Kubokdan əlimizi üzdükdən sonra bütün gücümüzü çempionata yönəltmişik. Avropa Liqasına düşmək üçün çox çalışmalıyıq. Vəziyyət o qədər də asan deyil. Bütün oyunlar bizim üçün çətin keçir. Çalışacağıq ki, son iki turda uğurlu nəticə qazanaq. İlk növbədə Lənkəranda istəyimizə nail olmalıyıq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com